
Çinin Shanxi əyalətində 90 yaşlı kişinin dəfnindən sonra faciə baş verib, mərhumun dörd qohumu növbəti gecə vəfat edib.“Ulusum”.az-ın məlumatina görə, bunu MS News xəbər verir. Kənd evində gecələyən mərhumun üç oğlu və bir kürəkəni dünyasını dəyişib.İlkin məlumata görə, onlar dəm qazından zəhərləniblər. Mətbuat, evin uzun müddətdir boş qaldığını və hava sirkulyasiyasında problemlərin olduğunu yazıb. Soba yandırıldıqdan sonra yığılan dəm qazı kişilərin ölümünə səbəb olub. Yerli hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır və həlak olanların ailələrinə yardım göstərir.
Diqqət Çəkənlər
Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüş keçirib
İlham ƏIiyev Oljas Bektenovu qəbul edib
Közərmə lampalarına qadağa qoyulacaq