RU

Dünyanın ən varlı 10 adamının adı açıqlanıb – Siyahıda əhəmiyyətıi dəyişikliklər olub + SİYAHI

Dünyaca məşhur “Forbes” maliyyə jurnalı mart ayı üçün dünyanın ən varlı şəxslərinin yeni siyahısını dərc edib.

“AzPolitika” xəbər verir ki, siyahının zirvəsində 359,5 milyard dollarla İlon Mask yer alarkən, ikinci yerdə Mark Zukenberq qərarlaşıb.

“Amazon”-un sahibi Ceff Bezosun geriləməsi və Varren Buffettin yüksəlişi diqqət çəkib. Mark Zukenberq “Amazon” səhmlərinin 11% ucuzlaşması və Ceff Bezos-un 23 milyard dollar itməsi ilə dünyanın ən varlı ikinci adamı olub. Zukenberqin sərvəti azalsa da, Bezos qədər böyük bir itki yaşamayıb və 231 milyard dollarlıq sərvəti ilə ikinci sıraya yerləşib. Bezos isə 227 milyard dollarla üçüncü sıraya geriləyib.

Digər tərəfdən, dünyanın ən varlı 10 şəxsi arasında sərvətini artıran yeganə şəxs Varren Buffet olubş Onun investisiya holdinqi “Berkshire Hathaway”-in səhmləri təxminən 10% dəyər qazanıb və Buffettin sərvəti 15 milyard dollar artıb.

Dünyanın ən varlı 10 adamının siyahısı hazırda bu formadadır:

- İlon Mask – 359,5 milyard dollar (Tesla, SpaceX, xAI, X);

- Mark Zukenberg – 230,7 milyard dollar (Meta/Facebook);

- Ceff Bezos – 226,7 milyard dollar (Amazon);

- Larri Ellison – 204,6 milyard dollar (Oracle);

- Bernard Arnault – 186,4 milyard dollar (LVMH);

- Varren Buffet – 161,1 milyard dollar (Berkshire Hathaway);

- Larry Page – 141,5 milyard dollar (Google);

- Sergey Brin – 135,4 milyard dollar (Google);

- Amancio Ortega – 121,9 milyard dollar (Zara/Inditex);

- Steve Ballmer – 118,9 milyard dollar (Microsoft, LA Clippers).

“AzPolitika.info”

Избранный
80
azpolitika.info

1Источники