Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi bilinib.
Msport.az xəbər verir ki, komandamız Haiti ilə qarşılaşacaq.
Görüşün vaxtı və yeri də bəllidir. Belə ki, komandalar martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq. Yalnız matçın başlama saatı hələlik məlum deyil.
Qeyd edək ki, Haiti ilə oyundan 3 gün sonra – martın 25-də Belarusu “Bank Respublika Arena”da qəbul edəcək. Yığmamız iyunun 7-də Latviya, 10-da isə Macarıstan yığması ilə də yoldaşlıq oyunu keçirəcək.