RU

"AlfaSığorta" AZAL təyyarəsinə görə tam sığorta ödənişi etdi - YENİLƏNİB

Rusiyanın "AlfaSığorta" şirkəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) “Embraer 190” markalı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən və yaralananlar üçün daşıyıcının məsuliyyət sığortası üzrə sərnişinlərə dəymiş zərər və sığorta ödənişlərini hesablayır.

News24.az xəbər verir ki, bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.

"Bakı-Qroznı reysi ilə bağlı AZAL sərnişin daşımaları həm Azərbaycanın, həm də Rusiyanın tərəfdar çıxdığı 1999-cu il beynəlxalq Monreal Konvensiyası ilə tənzimlənir. "AlfaSığorta" ilə AZAL arasında bağlanmış müqavilə Rusiyaya həyata keçirilən uçuşlarla bağlı riskləri əhatə etdiyi üçün ödənişlər həmçinin Rusiyanın 67-FZ saylı mülki məsuliyyətin icbari sığortası (OSGOP) haqqında qanuna uyğun olaraq nəzərdə tutulur”, - məlumatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

***

Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Katau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.


Избранный
99
35
news24.az

10Источники