RU

Rəvan Həsənov: Müxtəlif ölkələrin gəncləri qış məktəbləri sayəsində Azərbaycan multikulturalizminin şahidi olurlar

Bakı, 4 mart, AZƏRTAC

Artıq ənənəvi olaraq biz Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərini təşkil edirik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyəsi ilə bu il bu məktəb artıq 16-cı dəfədir keçirilir. Layihəmizin budəfəki mövzusu müxtəliflik, bərabərlik və inklüziv gələcəyin qurulması ilə bağlıdır. Builki məktəbimizdə 21 ölkədən 25 tələbə iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib.

Layihənin əhəmiyyətindən danışan R.Həsənov diqqətə çatdırıb ki, hər il ardıcıl olaraq keçirilən qış məktəbləri sayəsində dünyanın müxtəlif ölkələrindən olan gənclər Azərbaycan multikulturalizminin və tolentlığının şahidi olurlar.

“XVI qış məktəbi Bakı şəhəri ilə bərabər, Quba və Qusar şəhərlərində də keçiriləcək. İştirakçılar müxtəlif mövzularda mühazirələr dinləyəcək, dini və mədəni abidələrimizi ziyarət edərək, Azərbaycan multikulturalizmi və tolerantlığı ilə yaxından tanış olacaqlar. Bundan başqa, müxtəlif dövlət qurumlarının, eyni zamanda, dini icmaların rəhbərləri ilə görüşlər planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu zamana qədər artıq çox sayda xarici tələbə bu layihə çərçivəsində ölkəmizə səfər edib, Azərbaycanın gənc dostlarına çevriliblər. Əminik ki, 21 ölkədən vətənimizə gələn bu iştirakçılar da gələcəkdə Azərbaycanın gənc səfirlərinə çevriləcəklər”,- deyə icraçı direktor vurğulayıb.

Избранный
55
azertag.az

1Источники