RU

ABŞ Rusiyaya qarşı kiberhücumları dayandırır

BAKI, TurkicWorld

ABŞ diplomatik mənbələrinin məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Hegseth Rusiya ilə gərginliyi azaltmaq siyasətinə uyğun olaraq, Rusiyaya qarşı kiberhücumların dayandırılması barədə göstəriş verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, CBS-in ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, Pentaqon bu qərarı Ukraynadakı müharibənin dayandırılması istiqamətində atılmış addımların davamı kimi qiymətləndirir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu qərarla bağlı şərh verməkdən çəkinib. Fransanın xarici işlər naziri Jan-Noel Barrot xəbəri təsdiqləyərək, qərarın çətin günlər gətirəcəyini bildirib. Barrot, Fransanın da Rusiyanın kiberhücumlarına məruz qaldığını açıqlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni mövqeyinə diqqət çəkərək, gələcək danışıqlar üçün ümid etdiyini bildirib.

Избранный
38
turkic.world

1Источники