Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək,axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0 dərəcədən +3 dərəcəyədək, gündüz +9dərəcədən +14 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 769 mm civəsütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %,gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyibəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0 dərəcədən +5 dərəcəyədək, gündüz +11dərəcədən +16 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10dərəcəyədək, gündüz +3 dərəcədn +8 dərəcəyədək olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.