RU

41 yaşlı kişi bıçaqlandı, iş yoldaşı saxlanıldı

Astarada bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, insident səhər saatlarında rayonun Şiyəkəran kəndində qeydə alınıb.

52 yaşlı Elsevər Tağıyev həmkəndlisi 1984-cü il təvəllüdlü Fərrux Axundova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

F.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sözügedən şəxslərin iş yerində dava etdikləri bildirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Surxay Şahbazov

Избранный
26
2
qafqazinfo.az

3Источники