RU

Məşhur bank müştəriyə səhvən 6 milyard dollar KÖÇÜRDÜ

ABŞ-da yerləşən Citigroup bankının əməkdaşı səhvən müştərinin hesabına 6 milyard dollar köçürüb.

News24.az xəbər verir ki, bank işçisi hesab nömrəsini səhvən köçürərək göndəriləcək məbləğə yapışdırıb. Sözügedən xəta növbəti iş günü aşkar edilib.

Bankdan verilən açıqlamada, giriş xətasının aşkar edilərək aradan qaldırıldığı və bunun banka və ya müştəriyə heç bir təsirinin olmadığı bildirilib.

Xatırladaq ki, keçən həftə Citigroup səhvən müştərinin hesabına 280 trilyon dollar əvəzinə 81 trilyon dollar yatırıb və əməliyyatı geri qaytarmaq saatlar çəkib.


Günel Məlikzadə

Избранный
22
news24.az

1Источники