Bakı. Trend:
Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalıyanacağın gömrük rüsumundan azad edilməsinin müddəti uzadılıb.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınınərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndədəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, sözügedən yanacağın gömrük rüsumundan azadedilməsinin müddəti 2025-ci ilin 31 dekabr tarixinədək uzadılıb.Daha öncə bu tarix 2024-cü ilin 31 dekabrınadəkdi.