RU

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib, “Çempionlar Xiyabanı” yaradılıb

Bakı, 4 mart, AZƏRTAC

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə baş tutan aksiya Dənizkənarı Milli Parkın “Ağ şəhər” ərazisində yerləşən “Qənimətlər Parkı”nda təşkil olunub

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycanın Olimpiya çempionları və titullu idmançılarının iştirak etdiyi aksiya zamanı “Çempionlar Xiyabanı”nın yaradılması məqsədilə parkın ərazisində 100 ədəd ağac əkilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il 5 mart – Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Избранный
44
3
azertag.az

4Источники