RU

"Çelsi"nin 100 milyonluq planı

"Çelsi" klubunun ukraynalı vingeri Mixaylo Mudrikin dopinq testinin müsbət çıxmasından sonra onun yerinə futbolçu axtarışına başlayıb.

Publika.az xəbər verir ki, "Çelsi" "Milan"ın ulduz vingeri Rafael Leaonun transferi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib.

Londonlular yayda Leaonun transferini ciddi şəkildə reallaşdırmağı düşünürlər. Onun üçün italyanlara 100 milyon avro təklif etməyə hazırdırlar.

Qeyd edək ki, bu mövsüm Leao klub səviyyəsində 38 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Избранный
41
publika.az

1Источники