AzVision.az xəbər verir ki, Ağ Evin rəsmi saytında yerləşdirilən sərəncamda Çin mallarına rüsumlar 10%-dən 20%-ə yüksələcəyi bildirilir.
“Çin Xalq Respublikası (ÇXR) hüquq-mühafizə orqanlarının birgə səyləri ilə narkotik ticarəti böhranını yumşaltmaq üçün adekvat tədbirlər görməyib və böhran... səngiməyib”,- sənəddə həmçinin qeyd olunur.
Donald Tramp fentanil böhranının ABŞ-nin milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etdiyini vurğulayır.
Bunun qarşılığında Çinin Ticarət nazirliyi Çin mallarına rüsumları artırdığı üçün ABŞ-yə qarşı cavab tədbirləri görmək niyyətində olduğunu açıqlayıb. Nazirlik Vaşinqtonun hərəkətlərindən “kəskin narazılıq və kəskin etiraz” ifadə edib.
- ABŞ-nin hərəkətləri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını pozur və çoxtərəfli ticarət sistemini təhdid edir. ABŞ-dən birtərəfli tariflər Çin və ABŞ arasında ticarət və iqtisadi əlaqələrə zərər verə bilər. Çin hökumətinin narkotiklərlə mübarizədə öz siyasətinə sadiqdir”, - Çinin Ticartə nazirliyinin bəyanatında vurğulanır.
“Global Times” nəşri yazır ki, Çin ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq etməyi düşünür. Bu tədbirlərə müəyyən bir kateqoriya mallar üçün rüsumların 10% artırılması daxil ola bilər.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта