RU

Matviyenko İrəvana səfər edəcək

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfəri 5-6 iyunda gözlənilir.

Korrespondent.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Mən həmkarım Valentina Matviyenkonun Ermənistana səfərini gözləyirəm. Səfər 5-6 iyuna planlaşdırılır. Biz ilkin olaraq bu tarixi razılaşdırmışıq", - o qeyd edib.

Spikerin sözlərinə görə, Rusiya tərəfinin əvvəl təklif etdiyi tarix qəbul edilməyib, çünki 15-16 iyunda onun Qazaxıstana səfəri planlaşdırılır.

"İlkin olaraq bu tarix təklif edilmişdi, amma mən ölkədə olmayanda onun səfəri necə baş tuta bilər? Ona görə də onun səfərini 5-6 iyunda gözləyirik", - deyə o qeyd edib.

Избранный
11
4
korrespondent.az

5Источники