RU

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün plan hazırlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamenti və Maliyyə Nazirliyinə Rusiyaya qarşı yumşaldılması mümkün olan mövcud sanksiyaların siyahısını hazırlamağı tapşırıb. “Reuters” bu barədə bazar ertəsi, martın 3-də mənbələrə istinadən məlumat yayıb.

“Reuters” qarşıdan gələn siyahını Trampın Moskva ilə münasibətləri yaxşılaşdırmaq və Ukraynada müharibəni dayandırmaq niyyəti fonunda Rusiya Federasiyasına qarşı “sanksiyaların mümkün yumşaldılması planı” adlandırır. Agentlik mənbələrinin məlumatına görə, ABŞ nümayəndələri bu siyahını Rusiya rəsmiləri ilə yaxın gələcəkdə planlaşdırılan danışıqlar çərçivəsində müzakirə edəcəklər.

Hazırda ABŞ hakimiyyəti Rusiya Federasiyasının ayrı-ayrı hüquqi və fiziki şəxsləri, o cümlədən bir neçə oliqarxdan sanksiyaların götürülməsi ilə bağlı təkliflər hazırlayır. “Reuters” qeyd edir ki, sanksiyaların yumşaldılması müqabilində Vaşinqtonun konkret nə tələb edəcəyi hələ də bəlli deyil. Agentlik əlavə edir ki, bəzi sanksiyaların ləğvi yalnız ABŞ Konqresinin təsdiqi ilə mümkündür.

Almaz Həsənli

Избранный
33
oxumeni.az

1Источники