RU

Bayram günlərində ölkədaxili tur qiymətləri - SİYAHI

Azərbaycanda bayram günlərində müxtəlif bölgələrə turların qiymətləri 25-170 AZN arasında dəyişir.

Xəbər verdiyimiz kimi, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 gün iş olmayacaq. Bayram günlərində rayonlara səfər etmək istəyənlərin də sayı az deyil.

Operativ Media bayram günləri ölkə daxili turların qiymətini araşdırıb.

Ölkə daxili bir günlük turlar hazırda 25-30 AZN aralığındadır. Ölkədaxili ən aşağı tur qiymətləri İsmayıllı, Qəbələ, Quba, Qusar, Lerik və Lənkəran istiqamətlərindədəri. Bu turlar 25 AZN-dən başlayır:

Şəki istiqamətindəki turlar 29-30 AZN, Qarabağ istiqamətində olan turlar isə digərləri nisbətən daha bahadır. Bu istiqamətdəki turlar 55 - 60 AZN aralığındadır.

1

İsmayıllı- Lahıc, Quba – Qusar

İsmayıllı - Qəbələ

Quba – Mountain Lənkəran - Lerik

 Ekonom 25 AZN

 VİP 30 AZN

Qiymətə gediş - dönüş - bələdçi xidməti - əyləncəli oyunlar - səhər yeməyi - çay süfrəsi

2

Şəki  - Qəbələ

28-30 -33 AZN

4

Qarabağ

 55-60 AZN başlayır

Gecələmə imkanı olan tur paketlər də hazırda mövcuddur. Bu zaman isə hoteldən asılı olaraq qiymətlər dəyişir. İki günlük tur qiymətləri isə bölgəyə və oteldən asılı olaraq 90-100 AZN-dən başlayır və 170 AZN-nə qədər davam edir. 

Onların bəziləri aşağıdakı kimidir:

 

 

1

Lənkəran Lerik Astara (Şından Hotel)

85-105 AZN

2

Qax Şəki Qəbələ (Hilltop Heaven hotel)

120 AZN

3

Şamaxı İsmayıllı Qəbələ (Basqal Resort Hotel

129 AZN

4

Quba Qəçrəş Təngəaltı (Macara Hotel)

155 AZN

5

Kəlbəcər Ağdərə Suqovuşan (Khan Garden Hotel)

170 AZN

6

Laçın Şuşa Xankəndi Ağdam Əsgəran (Abdallar və Həkəri kotecləri)

149 AZN

 

Избранный
58
operativmedia.az

1Источники