RU

Rəsmi Bakının Paşinyanın son təkliflərinə cavabı necə olacaq?

"Ermənistan sərhədçilərinin və gömrük əməkdaşlarının tranzit yollarına nəzarət etməsi Azərbaycan maraqlarına tamamilə ziddir".

Bunu "Yeni Sabah"a siyasi şərhçi Zaur İbrahimli bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın bölgədəki kommunikasiyaların açılamsı şərtlərinə dair məqləsini şərh edib:

“Rəsmi İrəvanın mövqeyindəki dəyişikliklər, bilavasitə dünyada baş verən qlobal təbəllüdatlarla bağlıdır. Paşinyan iqtidarının ən böyük dəstəkçisi olan Bayden adminstrasiyasının hakimiyyətdən getməsi rəsmi İrəvanın Azərbaycanla müzakirələrə yenidən nəzər salmasına səbəb olub.

Son vaxtlar görürük ki, Paşinyan bir neçə istiqamətdə Azərbaycana siqnallar verməyə başlayıb. Bunun ilki konstitusiya islahatları ilə bağlı idi. Ermənistan ədliyyə nazirliyi bəyan edib ki, 2026-cı il seçkilərindən əvvəl yeni konstitusiya layihəsi hazır olmalıdır.

Ermənistan rəsmilərinin açıqlamalarından görünür ki, dəhliz keçən ərazi Ermənistanın suverenliyi daxilində qalır. Azərbaycan əvvəldən də bunu nəzərdə tuturdu.

Həmçinin Paşinyan Azərbaycan üçün ən sadələşdirilmiş prosedurlar təklif edir. Azərbaycanın isə bu məsələdə mövqeyi bəllidir. Prezident Əliyev bəyan edib ki, Azərbaycandan Azərbaycana gedən zaman vətəndaşlarımız heç bir gömrük və sərhəd buraxılış nəzarətindən keçməli deyil. Lakin Paşinyan bu məsələdə sövdələşməyə çalışır. "Ən sadələşdirilmiş prosedur" müxtəlif variantlar nəzərdə tutula bilər. Bunu indidən proqnozlaşdırmaq çətindir”. 

Politoloq qeyd edib ki, Ermənistan sərhədçilərinin və gömrük əməkdaşlarının tranzit yollarına nəzarət etməsi Azərbaycan maraqlarına tamamilə ziddir:

“Fikrimcə, rəsmi Bakı bu mövzuda güzəştə getməyəcək. Bunun üçün etimad mühiti yoxdur və mümkün riskləri heç kim sığortalaya bilməz”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
119
50
yenisabah.az

10Источники