Hər şey o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ümumiyyətlə, müzakirə etdiyimiz mövzu ətrafında çoxlu xəbərlər və bəzi dəyişikliklər ola bilər, məsələn, Azərbaycana cavabımız bu həftə ərzində ola bilər”, - Simonyan qeyd edib.
Azərbaycanla yolların açılmasına gəldikdə Simonyan deyib: “Biz həmişə deyirik ki, keçid məntəqələri qurmağa, yolları açmağa hazırıq. Bu, heç vaxt dayanmayan bir prosesdir. Baş nazir bu həftə bu məqamlarla bağlı əlavə açıqlama və ya şərh verə bilər”.
Mürtəza