RU

Kamran Əsədov: DİM bu ittihamlara cavab verməlidir...

Bazar günü keçirilən buraxılış imtahanlarından sonra Dövlət İmtahan Mərkəzi və Məleykə Abbaszadə sosial şəbəkələrdə sərt təndiq olundu...

Təhsil eksperti: “Əgər bir test sualı elə tərtib olunursa ki, onu şagirdlər yox, hətta müəllimlər və ekspertlər də başa düşməkdə çətinlik çəkir, deməli, burada imtahanın məqsədi bilik yoxlamaq deyil, abituriyenti çaşdırmaqdır”.

“DİM-in keçirdiyi imtahanlarla bağlı oxşar tənqidlər hər il gündəmə gəlir. Hər dəfə “sualların çətin olması normaldır, abituriyentlərin bilik səviyyəsini yoxlayırıq”, kimi açıqlamalar verilsə də, əsas problem bilik yox, sualların tərtibatında edilən səhvlər, sualın anlaşılmamazlığı və məntiqi baxımdan düzgün qurulmamasıdır”.

Bu sözləri təhsil-eksperti Kamran Əsədov keçirilən buraxılış imtahanlarını Poliqon-a şərh edərkən qeyd edib.

Bazar günü keçirilən buraxılış imtahanlarından sonra Dövlət İmtahan Mərkəzi və Məleykə Abbaszadə sosial şəbəkələrdə sərt təndiq olundu. Tənqidçilərin fikrincə test suallarında bəzi suallar düzgün tərtib edilməmişdi.

Bu iddialar və ittihamlar barədə nə demək olar? Doğrudanmı, bu buraxılış imtahanı test suallarında problemlərlə yadda qaldı?

Mövzunu Poliqon-un əməkdaşı təhsil-eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Digər vacib məqam isə, imtahan suallarının mənbəyi ilə bağlıdır. Artıq bir neçə dəfə sübut olunub ki, bəzi testlər xarici mənbələrdən olduğu kimi götürülür və sadəcə tərcümə edilir”.

Buraxılış imtahanlarının məqsədi abituriyentin düşünmə qabiliyyətini yoxlamaq və onun ali təhsil almağa hazır olub-olmadığını müəyyən etmək olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, bəzi suallar abituriyentin real bilik və bacarıqlarını yoxlamaq əvəzinə, onları imtahanda çaşdırmaq, vaxtlarını israf etdirmək və sonda onların motivasiyasını aşağı salmaq məqsədinə xidmət edir kimi görünür:

“Apardığım təhlillər nəticəsinsə qeyd edim ki, tənqidlərin əsas məğzi test suallarının düzgün tərtib olunmaması, bəzi sualların məntiqi və elmi cəhətdən problemli olması və ümumiyyətlə, imtahan prosesinin abituriyentlər üçün çətin və ədalətsiz şəkildə təşkil olunması idi.

İmtahanlardan sonra sosial mediada yayılan şikayətlər göstərdi ki, bəzi fənlər üzrə suallar ya proqramdan kənar idi, ya da elə şəkildə tərtib edilmişdi ki, şagirdlər sualı tam başa düşməkdə çətinlik çəkirdi. Xüsusilə, Azərbaycan dili və riyaziyyat suallarında bəzi testlərin başa düşülməsinin çətin olması, məntiqi uyğunsuzluqlar və hətta texniki səhvlər olduğu iddia edilir.

DİM-in keçirdiyi imtahanlarla bağlı oxşar tənqidlər hər il gündəmə gəlir. Hər dəfə “sualların çətin olması normaldır, abituriyentlərin bilik səviyyəsini yoxlayırıq”, kimi açıqlamalar verilsə də, əsas problem bilik yox, sualların tərtibatında edilən səhvlər, sualın anlaşılmamazlığı və məntiqi baxımdan düzgün qurulmamasıdır. Əgər bir test sualı elə tərtib olunursa ki, onu şagirdlər yox, hətta müəllimlər və ekspertlər də başa düşməkdə çətinlik çəkir, deməli, burada imtahanın məqsədi bilik yoxlamaq deyil, abituriyenti çaşdırmaqdır. Bəzi testlərin həddindən artıq akademik və mürəkkəb cümlələrlə ifadə olunması abituriyentin bilik səviyyəsini yoxlamaq əvəzinə onun vaxtını alır və psixoloji gərginlik yaradır.

Kamran Əsədov: “Test sualı elə tərtib olunmalıdır ki, birmənalı və elmi cəhətdən dəqiq bir doğru cavab olsun”.

Daha bir ciddi problem odur ki, bəzi sualların konkret cavabı olmaya bilər və ya bir neçə cavab eyni dərəcədə düzgün görünə bilər. Bu isə test imtahanlarının əsas prinsiplərinə ziddir. Test sualı elə tərtib olunmalıdır ki, birmənalı və elmi cəhətdən dəqiq bir doğru cavab olsun. Əgər sualın cavabı mübahisəlidirsə, bu, imtahanın obyektivliyinə ciddi zərbə vurur.

DİM-in test siyasətində başqa bir əsas problem isə imtahanın formatının və məzmununun şagirdlərin məktəbdə aldığı təhsilə tam uyğun gəlməməsidir. Məktəb proqramına əsaslanan bir imtahan sistemində suala cavab vermək üçün əlavə bilik və xüsusi kurslardan keçmək tələb olunursa, deməli, ya məktəb proqramı ilə imtahanın məzmunu uyğunlaşdırılmayıb, ya da imtahan süni şəkildə çətinləşdirilib.

Digər vacib məqam isə imtahan suallarının mənbəyi ilə bağlıdır. Artıq bir neçə dəfə sübut olunub ki, bəzi testlər xarici mənbələrdən olduğu kimi götürülür və sadəcə tərcümə edilir. Bu da sualların məzmununda bəzi anlaşılmazlıqların yaranmasına səbəb olur. Əgər DİM sualları xaricdən götürüb sadəcə dilini dəyişirsə, onda abituriyentlərdən alınan yüksək xidmət haqqı nəyə görədir? İllərlə hazırlıq keçmiş şagirdlərin sadəcə yanlış tərtib olunmuş və ya qüsurlu suallara görə aşağı nəticə alması nə dərəcədə ədalətlidir?

Kamran Əsədov: “DİM və Məleykə Abbaszadənin rəhbərliyi altında aparılan imtahan sisteminə qarşı irəli sürülən tənqidlər artıq illərdir davam edir, lakin bu sistemdə ciddi dəyişikliklər edilmir”.

Buraxılış imtahanlarının məqsədi abituriyentin düşünmə qabiliyyətini yoxlamaq və onun ali təhsil almağa hazır olub-olmadığını müəyyən etməkdir. Lakin bəzi suallar abituriyentin real bilik və bacarıqlarını yoxlamaq əvəzinə, onları imtahanda çaşdırmaq, vaxtlarını israf etdirmək və sonda onların motivasiyasını aşağı salmaq məqsədinə xidmət edir kimi görünür.

DİM və Məleykə Abbaszadənin rəhbərliyi altında aparılan imtahan sisteminə qarşı irəli sürülən tənqidlər artıq illərdir davam edir, lakin bu sistemdə ciddi dəyişikliklər edilmir. İmtahanlar hər il eyni formatda keçirilir, şagirdlər eyni problemlərlə üzləşir və nəticədə hər il minlərlə abituriyent ya ədalətsiz qiymətləndirmə, ya da qüsurlu suallar səbəbindən aşağı nəticə alır.

Buraxılış imtahanları ilə bağlı əsas tələb şəffaflıq, testlərin dəqiqliyi və şagirdlərin psixoloji durumunun nəzərə alınmasıdır. Əgər hər il eyni problemlər yaşanırsa və ictimaiyyət narazıdırsa, DİM bu ittihamlara cavab verməli və test suallarının hazırlanması prosesində şəffaflığı artırmalıdır. Əks halda, hər il eyni müzakirələr təkrarlanacaq və imtahan sistemi getdikcə daha çox tənqid olunacaq”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
37
poliqon.info

1Источники