RU

Melaniya Tramp uşaqları rəqəmsal dünyadan qorumağa çağırır

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp rəqəmsal dünyada tez-tez görülən pozucu davranışların uşaqlara, ailələrə və cəmiyyətə təsir etdiyini deyib və bu mövzuda Konqresə təqdim edilən qanun layihəsinə dəstək istəyib.

Publika.az xəbər verir ki, Melaniya Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra ilk dəfə tədbirdə çıxış edib.

“Gənclərimizi internetin zərərlərindən qorumaq üçün buradayam. Rəqəmsal dünyamızın geniş yayılmış pozuntuları uşaqlarımızın, ailələrimizin və cəmiyyətlərimizin gündəlik həyatına təsir edir. Ümid edirəm ki, bugünkü dəyirmi masa müzakirəmiz internetdə yersiz şəkillər haqqında məlumatlılığımızı artıracaq. Fərdlərin məxfiliyini qorumaq üçün güclü təhlükəsizlik tədbirləri və əxlaqi standartlara üstünlük verməliyik”, - deyə o bildirib.

Texas ştatından respublikaçı senator Ted Kruz və Minnesotadan demokrat senator Emi Klobuçar tərəfindən Konqresə təqdim edilən qanun layihəsi fevral ayında Senatdan keçib.

Избранный
132
8
publika.az

10Источники