RU

İsveç donor qanı təhlükəsizliyini artırmaq üçün yeni test təqdim edir

Stokholm, 4 mart, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç höküməti donor qanının yoxlanılmasını daha dəqiq, sürətli və təhlükəsiz edəcək Nat testinin (nuklein turşusunun yoxlanılması) tətbiqi üçün 41 milyon kron (təxminən 4 milyon dollar) ayırır.

AZƏRTAC xəbər verir ki, bu test infeksiyaları ilkin mərhələdə müəyyən etmək imkanı verir, donorlar üçün karantin müddətlərini azaldır və beynəlxalq qan mübadiləsini asanlaşdırır.

İsveç donor qanı çatışmazlığı ilə üzləşib. 2010-cu ildə 494 min paket qan verilibsə, 2022-ci ilə qədər bu rəqəm 363 minə düşüb. İldə ən az bir dəfə qan verən aktiv donorların sayı da azalaraq 247,5 min nəfərdən 198,3 min nəfərə qədər azalıb. Bu ölkənin öz tibbi ehtiyaclarını ödəmək imkanını təhlükə altına qoyur.

Keçən ilin dekabrında İsveç Sosial İdarəsi vətəndaşları səhiyyə ehtiyaclarını ödəmək üçün iki dəfə çox donor tələb olunduğundan daha çox qan verməyə çağıran milli kampaniya başlatdı.

Nat testi uzun müddətdir ki, digər Avropa ölkələrində istifadə olunur və İsveç bu üsulu tətbiq edən sonuncu Aİ ölkəsi olaraq qalır. Onun tətbiqi ilə ölkə nəinki qan təhlükəsizliyini yaxşılaşdıracaq, həm də Aİ və NATO tərəfindən qoyulan beynəlxalq tələblərə cavab verəcək.

Избранный
21
azertag.az

1Источники