RU

Xavinin hansı kluba rəhbərlik edəcəyi məlum oldu


“Barselona”nın keçmiş baş məşqçisi Xavi “Yuventus”un baş məşqçisi ola bilər.
Yeniavaz.com
xəbər verir ki. bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Məlumata görə, italiya klubu Tyaqo Mottanın rəhbərliyi altında uğursuz mövsümdən sonra istiqamətini dəyişmək istəyir və Xavi onun yerinə əsas namizədlərdən biridir.
Buna baxmayaraq, ispaniyalı yalnız bir şərtlə razılaşmağa hazırdır - əgər “Yuventus” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopeslə müqavilə imzalasa.
Öz növbəsində kataloniyalılar Fermini satılmaz oyunçu hesab edirlər, lakin futbolçunun özü Xavini dəvəti ilə bağlı variantı nəzərdən keçirə bilər.
Qeyd edək ki, Xavi “Barselona”dan 30 iyun 2024-cü ildə ayrılıb.
Xatırladaq ki, “Yuventus” A Seriyasında 27 turdan sonra 52 xal toplayıb və turnir cədvəlində lider “İnter”dən 6 xal geri qalaraq, dördüncü yerdə qərarlaşıb.
Избранный
35
yeniavaz.com

1Источники