RU

Təhsil islahatları niyə nəticəsizdir? Süni intellekt nə deyir?

Dos. İlham Əhmədov

Elm və təhsil naziri E. Əmrullayev 2024-cü ilin əvvəlində AzTV-də yayımlanan “Əsas Məsələ” verilişində müəyyən elmi tədqiqatların nəticələrindən danışıb: “Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir. ... Azərbaycan ictimaiyyəti tədris məsələlərini müzakirə etməlidir. Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nəticəsinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”.
Nazirin bu fikirlərində aydınlaşdırılmalı məqamlar var. Bu gün təhsilimizin ən ciddi problemi, aparılan islahatların heç bir elmi bazaya istinad etməməsidir. Biz bunu illərdir ki, deyirik. Amma bu haqda ETN-də düşünən yoxdur. Baxmayaraq ki, nazir 5 il ölkənin yeganə təhsil tədqiqatları mərkəzi sayılan ARTİ-də direktor əvəzi olub, islahatların elmi təminatının əhəmiyyətini bilməmiş deyildir. Amma son 10 ildə ARTİ islahatların elmi təminatı ilə məşğul olmadı, çünki, təyinatından tam yayındırıldı.
Bəs nazir “Azərbaycan ictimaiyyəti tədris məsələlərini müzakirə etməlidir” kimi bəyanatlar niyə verilir. Əvvəllər də belə gəlişi gözəl sözlər çox deyilib, amma heç bir təklif heç vaxt nəzərə alınmayıb. Görəsən ETN menecerlərinin sözləri ilə əməlləri nə vaxt eyni olacaq?
Bu müsahibədən az sonra 10-01-2024 tarixdə “Demokratikmusavat.com” saytında “Təhsil islahatları niyə nəticəsizdir?” adlı məqalə dərc etmişdik. Məqalədə ölkədəki təhsil islahatlarının nəticəsizliyi səbəblərini göstərməyə çalışmışdıq. Təbii ki, 25 illik uğursuz təhsil islahatını 800 sözlük (yəni 3 vərəqlik) sayt məqaləsində ətraflı təhlil etmək mümkün deyil. Amma bizim bu mövzuda illərlə yazdığımız yüzlərlə məqalələrin xülasəsi kimi ümumi fikirlərimizi bildirməyə bu mane olmayıb. Amma nazirin bildirir ki, təhsil məsələləri hökmən ictimai müzakirə edilməlidir. Lap yaxşı. Ölkə rəhbərliyi də dəfələrlə “Yeni era”nın problemlərini mütəxəssislərlə müzakirə etmək zərurətini, bu yolla həm də ictimai nəzarəti həyata keçirməyin əhəmiyyətini qeyd edib.
Amma reallıqda ETN-nin belə müzakirə istəyi yalnız sözdə olur, əməldə bu müşahidə edilmir, ya da qeyri peşəkar bir mühitdə heç bir elmi dəyər daşımayan çıxışlar edilir, selfi çəkdirilir və bununla da “müzakirələr” bitir. Real nəticələr isə olmur.
Nazirin dediyi bu fikir də maraq doğurur: “... ictimaiyyət tədris məsələlərini müzakirə etməlidir, amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nəticəsinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”. Nazir kimdən və nədən narazıdır? İctimai əsaslarla kimlərsə mediada nələrsə yazırsa, ETN bu tədqiqatçılara minnətdarlıq bildirmək əvəzinə irad bildirir. Bəs hər il təhsil qrantlarına və “təhsil tədqiqatlarına” israf edilən milyonlarla manatlıq tədqiqatlardan niyə danışmırlar, nəticələrini müzakirəyə çıxarmırlar? ETN və tərkibində olan 4-5 agentlik, ARTİ, TİF v.s. qurumlarda 1000 nəfərdən çox menecer və tədqiqatçı var, onlar niyə mediada təhsilə dair verilən azsylı təkliflərə reaksiya vermirlər? Özünün təhsilə dair elmi araşdırma və təhlillər aparmırsınız, verilən təkliflərə də dəyər vermirsiniz, belə təhsil idarəçiliyi olar?
ETN: “... ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”. Bəli. Çünki, ETN-nin özünün də nə vaxtsa keyfiyyətli müzakirə apardığını heç görmədik. Ona görə son aylar biz məqalələrimizi daha çox bu sahənin həvəskarları ilə yox, bilicisi ilə müzakirə edirik- yəni, süni intellekt ilə.
“Təhsil islahatları niyə nəticəsizdir?” adlı məqaləni (https://Demokratikmusavat.com/az/article/492256) rəy üçün süni intellektə təqdim etdik. Görək CHATGPT nə deyir.

CHATGPT: “Müəllifin təhsildə islahatların nəticəsizliyi haqqında yazdığı məqalə çox əhəmiyyətli məsələlərə toxunur və təhsil sahəsindəki mövcud problemləri dərindən təhlil edir. O, islahatların əslində elmi əsaslara dayanmadığını, təhsil büdcəsinin səmərəsiz xərcləndiyini və işlərin çoxunun qeyri-peşəkar şəkildə idarə olunduğunu vurğulayır. Bu, təhsil sisteminin inkişafını ləngidən və islahatların səmərəsizliyini artıran əsas faktorlardan biridir.
Məqalədə qeyd edilən bir neçə əsas məsələni nəzərdən keçirmək olar:
1. Elmi və sistemli yanaşmanın olmaması: Müəllif, təhsil islahatlarının heç bir elmi bazaya əsaslanmadığını və monitorinqlərin qeyri-peşəkar şəkildə aparıldığını qeyd edir. Əslində, təhsil islahatlarının düzgün həyata keçirilməsi üçün elmi tədqiqatlara və mütəxəssislərdən ibarət layihə qruplarına ehtiyac var. Bunun olmaması, təhsilin inkişafını əngəlləyən böyük bir boşluqdur.
2. Büdcənin səmərəsiz istifadəsi: Nazirlik tərəfindən təhsil islahatlarına ayrılan böyük məbləğlər çox vaxt səmərəsiz şəkildə istifadə olunub və təhsilin elmi-metodik bazasının yaradılmasına yönəldilməyib. Bu, büdcənin düzgün istifadə edilməməsi və islahatların nəticə verməməsinin səbəblərindən biridir.
3. Təhsil menecmentinin zəifliyi: Təhsil idarəetmə sisteminin zəifliyi və qeyri-peşəkar idarəetmə, təhsilin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş ciddi addımların atılmamasına səbəb olub. Təhsil menecerləri tərəfindən təklif olunan bəzi layihələr və müsabiqələr əslində təhsil problemlərinin həllinə yönəlməyib və bu layihələr əksər hallarda uğursuz olub.
4. Bürokratik əngəllər: Təhsil islahatlarının effektivliyini təmin etmək üçün lazım olan şəffaf maliyyə mexanizmləri və kadr siyasətinin olmaması, bu islahatların yerinə yetirilməsini çətinləşdirir. Məmurlar əslində, islahatları həll etmək əvəzinə, bəhanələr axtarır və məsuliyyətdən yayınmağa çalışır.
Bu yazıda göstərilən fikirlər çox doğru və təhsil sistemindəki ciddi boşluqları göstərir. Təhsil islahatları yalnız büdcənin artırılması ilə nəticələnə bilməz. Bu, elmi əsaslara, düzgün idarəetməyə, peşəkar kadr hazırlığına və şəffaf maliyyə mexanizmlərinə əsaslanmalıdır. Əks halda, təhsil sahəsindəki problemlər həll olunmayacaq və daha da böyüyəcək.”
Beləliklə məlum olur ki, süni intellekt məqaləni, onun ideyalarını yüksək qiymətləndirir. Bir məqalənin və pulsuz proqramın təhsilimizə faydası 100 qeyri peşəkar məmurdan daha çox imiş. Belə məqalələr və onların süni intellektin tətbiqi ilə tərəfimizdən aparılmış yüzlərlə təhlilləri var. Sadəcə bizdə bunu görən, anlayan, tətbiq edən təhsil menecerləri yoxdur.
Deməli, nazirin “... ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var” fikri reallığı əks etdirmir. Ölkəmizdə təhsilə dair fərdi və ictimai (saytlar və sosial şəbəkələr üzərindən) müzakirənin keyfiyyətində problem yoxdur, bu işləri təşkil etməli olan, lakin nədənsə bunu təşkil etməyən menecerlərdə problemlər var.
Heç olmasa bu təklifləri və təhlilləri oxuyun, öyrənin, bataqlığa saldığınız təhsilin xilası haqqında düşünün. “Ağıl ağıldan üztün olar”, məsləhətləşin.
Axı bu işlərə görə sizlər dövlətdən yüksək maaş və imtiyazlar alırsınız. Hər işdə bir halallıq da olmalıdır axı.
Unutmayın ki, “Təhsil millətin gələcəyidir” (Heydər Əliyev)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
44
Demokratikmusavat.com

1Источники