RU

"Vətəndaşları dövlətdən narazı salırlar" - QAZAX SAKİNİ MƏŞĞULLUQ AGENTLİYİNDƏN ŞİKAYƏTÇİDİR

Qazax rayonu, Hüseynbəyli kənd sakini Mehtiyev Vüqar Ebrus oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. V.Mehtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarından narazılığını bildirir:

“Mən, Mehtiyev Vüqar Ebrus oğlu, yazaraq bildirirəm ki, hazırda işsizəm, 2020-ci ildə müharibədə ağır yaralanmışam. Bu günə qədər də müalicələrimi davam etdirirəm. Əməliyyat olunmalıyam, amma maddi imkanım çatmır. "Yaşat Fondu"na müraciət etsəm də, kömək etmədi. Əlilliyim də təsdiqlənmir. Xəstəxanalar da sığorta ilə beyin əməliyyatına yaxın durmurlar. Çarəsiz və əlacsız vəziyyətdə hara qədər gedə biləcəyimi bilmirəm...

Qeyd edim ki, 2021-ci ilin sentyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində heyvan nöbəsində idim.

Bir neçə gün bundan qabaq  kredit üçün müraciət etmişdim.  Adıma VÖEN açdırdım. Dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən zəng vurub bildirdilər ki, adına VÖEN acıldığı, yəni kreditə müraciət etdiyiniz üçün heyvan növbəniz dayandırıldı.

Adını çəkdiyim qurumun məqsədi nədir? Niyə imkan vermir ki, dövlətin bizə bəxş etdiyi bu kimi faydalı işlərdən faydalanaq?! Biz vətəndaşları çox çıxılmaz vəziyyətdə qoyurlar. Nə edim, hansı quruma müraciət edim? Ailəmi saxlamaq üçün nə etməliyəm?..." 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Избранный
30
hurriyyet.az

1Источники