RU

Bu halda orucunuz pozulmur — İlahiyyatçı açıqladı

"Ümumiyyətlə səfərə çıxan zaman oruc tutmaq tövsiyyə olunmur. Çünki insan fiziki cəhətdən istər-istəməz yorğun olur".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ilahiyyatçı alim Hacı Eldayaq Hüseynov deyib.
 
O, hər kəsi çox düşündürən "Səfərə çıxan zaman oruc tutmaq olarml?" sualını cavablandırıb:
 
"Oruc turan zaman səfərə çıxmaq istər-istəməz insanda yorğunçuluq yaradır. Bu da oruc ibadətinin həyata keçirilməsində müəyyən narahatlıqlara səbəb ola bilir. Bunun İslamda tənzimlənməsi mövcuddur. Belə ki, Zöhr azanından öncə səfərə çıxırsansa, gedəcəyin yer böyüyüb boya başa çatdığın məkandırsa və orada 10 gün qalmağı düşünürsənsə həmin gün orucunu tuta bilərsən. Yox, əgər günorta azanı yolda olduğun zamana təsadüf edərsə, orucu açmaq lazımdır. Əgər günün ikinci yarısından sonra, istənilən bir vaxtda səfərə çıxırsansa, orucu açmadan davam etdirməlisən. Bundan başqa əgər gedəcəyin məsafə bir şəhərin daxilində, amma müxtəlif səmtlərdədirsə, günorta namazını evdə qıldıqdan sonra oruc olduğun halda istədiyimiz yerə getmək mümkündür".
 


 
Eldayaq Hüseynov orucu qeyri ixtiyari halda, bilmədən pozan amillərdən də söz açıb:
 
Избранный
34
2
demokrat.az

3Источники