RU

Təbriz Universitetinin müəllimləri Pezeşkiana müraciət etdi

İran parlamentinin qeyri-fars dillərin tədrisi ilə bağlı qanun layihəsini qəbul etməməsindən sonra Təbriz Universitetinin müəllimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər.

Axar.az xəbər verir kİ, bu barədə Təbriz mediası məlumat yayıb.

Müraciəti imzalayan 192 nəfər İran prezidentindən ana dillərin tədrisini nəzərdə tutan konstitusiyanın 15-ci maddəsinin icra edilməsini tələb ediblər.

Qeyd edək ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılmışdı.

Səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili bitərəf qalıb, 7 nəfər isə səsvermədə iştirak etməyib.

Избранный
54
2
axar.az

3Источники