RU

Ağ Ev icazə almadan terrorçulara hava zərbələri endirməyə icazə verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın administrasiyası yüksəkrütbəli hərbçilərə rəsmi şəkildə terrorçu kimi tanınmış hədəflərə Ağ Evin icazəsi olmadan hava zərbələri endirmək barədə qərar qəbul etməyə imkan verən yeni qaydaları təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Military Times" portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat verib.
Onun sözlərinə görə, silahlı qüvvələrin qərarların qəbul edilməsində səlahiyyətlərinin və muxtariyyətinin genişləndirilməsi terrorizmlə mübarizənin effektivliyinin artırılması üçün zəruri idi. Adının açıqlanmasını istəməyən Müdafiə Nazirliyi rəsmisi qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası hərbi komandanlığın fəaliyyət azadlığını həddindən artıq məhdudlaşdırıb və bu da terror təhdidlərinə ləng reaksiya verilməsinə gətirib çıxarıb.
Portal qeyd edir ki, ABŞ Silahlı Qüvvələrinin aviazərbələri ilə bağlı məhdudiyyətlərin yumşaldılması ölkə hərbçilərinin Meksika ilə sərhədə göndərilməsi və Tramp administrasiyasının terrorizmlə mübarizə səylərinin ümumilikdə intensivləşməsi fonunda baş verir.
"Bir sıra narkokartellərin xarici terror təşkilatları kimi tanınması yeni qaydalarla birlikdə hərbi komandanlığa imkan verir ki, sadələşdirilmiş qərar qəbuletmə proseduru çərçivəsində onlara zərbələr endirsin", - portalın mənbəsi izah edib.
Pentaqon bu yeniliklərlə bağlı rəsmi açıqlama dərc etməyib. "Military Times"ın müvafiq sorğusuna cavab olaraq, Pentaqonun Mətbuat Xidməti müdafiə naziri Pit Heqsetin "X" hesabında yazdığı təsdiqləyici şərhə istinad edib. Bu şərh isə Tramp administrasiyasının hava hücumları və xüsusi əməliyyatlar üçün qaydaları yüngülləşdirməsi ilə bağlı "CBS News"un paylaşımına cavab olaraq yazılıb.
Избранный
22
30
oxu.az

10Источники