RU

Rus əsgərləri Türkiyə-Ermənistan sərhəd-məntəqəsindən çıxdı

Ermənistan və Türkiyə arasındakı sərhəd – keçid məntəqəsinə erməni sərhədçilər nəzarət edəcək.

Nikol Paşinyan elan edib ki, rus əsgərləri Margara sərhəd – keçid məntəqəsindən çıxarılıb.

O, bu açıqlamanı fevralın 28-də bildirib.

Baş nazir həm də Rusiya hərbçilərinə xidmətlərinə görə təşəkkür edib.

Margara – Türkiyədə Alican sərhəd keçid-məntəqəsi hazırda fəaliyyət göstərmir, çünki Ermənistan və Türkiyə sərhədləri bağlıdır.

Ermənistan hökuməti 2022-ci ildə keçid məntəqəsini təmir edib və Rusiya sərhəd xidmətçiləri orada daimi xidmətə başlayıblar.

Baş nazir onu da deyib ki, martın 1-dən sərhəd-keçid məntəqələrinə nəzarəti yalnız Ermənistan sərhəd qoşunları edəcək, sərhəd rüsumlarına da onlar cavabdehdir.

2024-cü ildə Rusiya Zvartnots beynəlxalq hava limanından və İranla sərhəd keçid məntəqəsindən öz sərhədçilərini çıxarıb.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri gərgin olaraq qalır.

Videonu YouTube kanalımızda izləyin.

Избранный
59
bbc.com

1Источники