RU

Ukraynada ABŞ-yə inam azalır, Zelenskiyə dəstək artır – Sorğu nəticələri açıqlandı

Ukraynada son sorğular müharibənin davam etdiyi bir vaxtda əhalinin ABŞ-yə inamının azaldığını göstərir.

2025-ci il martın 1-də “Gradus Research”-in 1000 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların yalnız 13 faizi ABŞ-ni dost ölkə, 29 faizi isə qeyri-dost ölkə hesab edir.

Bu nəticələr ABŞ prezidenti ilə Ukrayna prezidenti arasında gərgin danışıqlardan sonra ortaya çıxıb.

Sorğunun nəticələrinə görə, ukraynalıların 46%-i Amerika yardımlarının azaldılmasına və ya dayandırılmasına baxmayaraq, Ukraynanın işğalçıya qarşı mübarizəni davam etdirə biləcəyinə əmindir, lakin 36%-i bunun mümkün olmadığını düşünür.

Digər tərəfdən, sorğu göstərir ki, ukraynalıların prezident Zelenskiyə dəstəyi artır. 2024-cü ilin dekabrında 36% olan göstərici hazırda 49%-ə yüksəlib.

Sorğu onu da göstərir ki, ukraynalılar müharibə zamanı seçkilərin keçirilməməli olduğuna inanmaqda davam edirlər. Bu nisbət ötən həftəki 52%-i keçərək 58%-ə yüksəlib.

“AzPolitika.info”

Избранный
67
2
7times.az

3Источники