RU

Piylənmənin səbəb olduğu xəstəliklər


4 MART – ÜMUMDÜNYA PİYLƏNMƏ İLƏ MÜBARİZƏ GÜNÜDÜR
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi sosial şəbəkələrində “Ümumdünya Piylənmə ilə Mübarizə Günü”nə aid paylaşım edilib.
Piylənmə bir çox ciddi sağlamlıq problemlərinə yol açan vəziyyətdir.
İnsulin müqavimətinə səbəb olaraq qan şəkərini yüksəldir və nəticədə tip 2 diabetə yol açır. Arteriyalarda yağ yığılmasına və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilir. Bu da, insult, yəni beyin qanaması kimi xəstəliklərin riskini artırır. Artıq çəki qan damarlarında yüksək təzyiqə səbəb olur, bu da ürək və böyrək xəstəliklərinin yaranmasına yol açır.
Piylənmə yuxu zamanı nəfəs almanın çətinləşməsinə səbəb olur, bu da yuxu apnesinə gətirib çıxarır.
Bundan əlavə böyrək, qaraciyər kimi vacib orqanların funksiyalarını zədələyir
Mütəxəssislər piylənməni döş, kolon, mədə, qaraciyər, qəhvəyi yağlı toxuma və böyrək xərçəngləri ilə əlaqələndirirlər. Bir çox tədqiqatlar piylənmənin psixoloji xəstəliklərə səbəb olduğunu da sübut edir.
Piylənmənin qarşısını almaq və ya müalicə etmək, bu ciddi sağlamlıq problemlərinin inkişafını əhəmiyyətli dərəcədə azaldır.

Избранный
43
medicalmedia.az

1Источники