Bakı. Trend:
Yardımlı rayonunun Telavar kəndinin ərazisində dərədəsilah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki,Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədədAK-74 markalı avtomat, 6 ədəd patron darağı və 442 ədəd patronaşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat vəprofilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən müvafiqsənədləri olmadan qanunsuz saxlanılan 12 ədəd ov tüfəngiaşkarlanaraq götürülüb.