RU

Trampın müşaviri də Zelenskini tənqid etdi – Onun buna həvəsi yoxdur

Cümə günü Ağ Evdəki tarixi debatdan sonra Trampın komandası getdikcə Zelenskinin barışmaq istəmədiyi barədə bəyanatlar verir.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın elm və texnologiya üzrə müşaviri Devid Saks Ukrayna prezidenti Zelenskinin barışmaq üçün motivasiyasının olmadığını bildirib.

“Zelenskinin sülh bağlamağa həvəsi yoxdur. Müharibə bitsə, o, hakimiyyətini itirəcək, elə deyilmi? O, ölkədəki seçkiləri ləğv edib. Əgər namizədliyini irəli sürərsə, USAİD-in saxta sorğularının dediyinin əksinə olaraq, siyasi rəqiblərinin repressiyalarına məruz qalacaq”, - deyə müşavir əlavə edib.

Saks vurğulayıb ki, Demokratlar Partiyası ABŞ-ın maraqlarına zidd olaraq, Ukraynadakı münaqişəni maliyyələşdirmək üçün milyardlarla dollar xərcləməyə davam etmək istəyir:

Избранный
22
publika.az

1Источники