RU

ABC: Kiyev özəl şirkətlər hesabına ABŞ-dan silah tədarükünü davam etdirə bilər

Bakı, 4 mart, AZƏRTAC

Kiyevin özəl korporasiyalarla bağladığı müqavilələrin şərtlərinə uyğun olaraq Birləşmiş Ştatlar istehsalı olan silahların Ukraynaya çatdırılması yaxın bir neçə il ərzində davam edəcək.

AZƏRTAC xəbər verir ki, “ABC News” telekanalının məlumatına görə, artıq müqavilələrın bir çoxu üzrə öhdəliklər yerinə yetirilib.

Analitiklərin fikrincə, ABŞ Prezidenti Donald Trampın administrasiyası bu tədarükləri kəsə bilər, lakin “buna dair heç bir əlamət yoxdur”.

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda baş tutan görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və Ağ evin rəhbəri Donald Tramp arasında baş verən qalmaqal Vaşinqtonun Kiyevə hərbi yardımının dayandırılması məsələsini gündəmə gətirib. Bir müddət öncə isə Pentaqonun nümayəndəsi Ukraynaya hərbi yardımın nəqlinin dayandırıldığını elan edib. Bu, hazırda ABŞ-ın Ukraynaya daxil olmayan bütün hərbi texnikasına, o cümlədən təyyarə və gəmi ilə daşınan və ya Polşada tranzit zonalarda Kiyevə çatdırılmasını gözləyən silahlara da şamil olunur.

Избранный
35
1
azertag.az

2Источники