RU

Lionel Messi uşaqlıq xatirələrini paylaşdı

“İnter Mayami”nn argentinalı ulduz hücumçusu Lionel Messi “Barselona”ya keçidinə qədərki günlərindən söhbət açıb.

Arena.az məlumat verir ki, argentinalı ulduz bu barədə “Apple Music”ə müsahibəsində danışıb:

“Mənim Rosariodakı günüm nədən ibarət idi? Mən məktəbə gedərdim. Düzdür, ibtidai siniflər günortadan sonra başlardı. Ona görə də mən çox yatardım, oyananda isə yemək yeyər və məktəbə gedərdim. Məktəbdən sonra dərhal küçəyə gedər, orada çox vaxt keçirərdim. O vaxt hər şey fərqli idi, ümumilikdə Argentinada. Mən qonşuluqda yaşayan dostlarımla çox vaxt keçirərdim. Biz futbol oynayar, çox vaxt isə gec qalana qədər oynayardıq. Bizim zəmanəmizdə axşam çağı uşaqlar üçün küçədə təhlükəsiz deyil – nəinki Argentinada, elə, bütün dünyada. Mənə, dostlarımla vaxt keçirmək xoş idi. Mən Barselonaya yollandıqdan sonra isə çox şey köklü surətdə dəyişdi. Mən hər gün yaşadığım bütün hər şeyi itirdim. Çox ağır idi”, deyə “Leo” xatırlayıb.

Lionel Messi 2000-2021-ci illərdə “Barselona”nın düşərgəsində olub, kiçik bir oğlandan görkəmli oyunçuya qədər uzun bir futbol yolu keçib, çoxsaylı komanda və fərdi qənimətləri qazanıb.

Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” yeni mövsümdə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
137
50
arena.az

10Источники