RU

"Starship" kosmik gəmisinin test uçuşu starta 40 dəqiqə qalmış LƏĞV EDİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çoxdəfəlik "Starship" kosmik gəmisinin və "Super Heavy" raketdaşıyıcısının çərşənbə axşamına planlaşdırılan səkkizinci sınaq uçuşu starta 40 dəqiqə qalmış ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Ləğvetmənin səbəbi açıqlanmayıb.
"SpaceX"in Ay missiyaları üçün hazırladığı "Starship" sistemi bundan əvvəl yeddi sınaq uçuşundan keçib. Keçən il həyata keçirilən dörd uçuş uğurla başa çatıb. Lakin sonuncu - 17 yanvar tarixində baş tutan sınaq uğursuz olub: ikinci mərhələ orbitə çata bilməyib və "Starship" raketdən ayrıldıqdan sonra dağılıb. Prototipin qəzaya uğraması videoya düşüb.
Buna baxmayaraq, "SpaceX"in baş direktoru İlon Mask bildirib ki, daha bir test uçuşu bir sıra təkmilləşdirilmiş detalların yoxlanılmasına imkan verib. Onun sözlərinə görə, kosmik gəmidə mühərriyin yanğından qoruyan arakəsməsinin üst boşluğunda oksigen və ya yanacaq sızması baş vermiş ola bilər.
Избранный
129
44
oxu.az

10Источники