Qadın futbolçular arasında Meksika çempionatında qeyri-adi qol vurulub.

Offsideplus.az xəbər verir ki, "Tiqres" - "Qvadalahara" matçında Lizbet Ovalye möhtəşəm qola imza atıb. O, görüşün 76-cı dəqiqəsində sağ küncdən cərimə meydançasına göndərilən topu əqrəb zərbəsi ilə tora göndərib. Bu, qadın futbolunda vurulan ən gözəl qollardan biri sayılır. Çox güman ki, Ovalye ilin sonunda "Puşkaş" mükafatına layiq görüləcək.

Möhtəşəm qol sayəsində hesabı açan "Tiqres" qələbə qazanıb - 2:0. Komanda 20 xalla 4-cü pilləyə yüksəlib.

Həmin qolu təqdim edirik: