Azərbaycan Basketbol Liqasında XVI turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün ilk matç B qrupu çərçivəsində Lənkəranda oynanılıb. Sonuncu pillədə qərarlaşan yerli komanda "Sumqayıt"ı qəbul edib.
Lənkəranlılar görüşə yaxşı başlasalar da, sonra təşəbbüsü əldən veriblər. Nəticədə "Sumqayıt" səfər qələbəsinə nail olub.
ABL, XVI tur
B qrupu
14:00 "Lənkəran" - "Sumqayıt" 83:88 (21:18; 20:31; 17:16; 26:25)
Lənkəran Olimpiya İdman Kompleksi
Turnir cədvəli:
1. "Gəncə" 26 xal
2. "Şəki" 26
3. "Ordu" 26
4. "Sumqayıt" 22
5. "Quba" 19
6. "Lənkəran" 19