RU

İsrail Suriyanın Tartus limanına hava zərbəsi endirib

İsrail təyyarələri Suriyanın Tartus limanı yaxınlığında hava hücumundan müdafiə bölməsinə hava hücumu təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl-Ərəbi Əl-Cədid” agentliyi məlumat yayıb.

Bombardman nəticəsində iki nəfər yüngül xəsarət alıb, bölmənin yerləşdiyi ərazidə yanğın başlayıb.

İsrail teleradio şirkəti ölkənin Suriyadakı hadisələri izləməyə davam etdiyini bildirib və əlavə edib ki, Tartus limanı hücuma məruz qalıb. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Избранный
23
operativmm.az

1Источники