17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının II seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 23 oyunçu dəvət alıb.
Qeyd edək ki, 2011-ci il təvəllüdlü futbolçular Könül Hüseynova, Aylin Əliyeva və Tahirə Rəcəb yalnız təlim-məşq prosesində iştirak edəcəklər.
Oyunların təqvimi:
12 mart
11:00. Bolqarıstan - Malta
16:00. Azərbaycan – Lüksemburq
15 mart
11:00. Lüksemburq - Malta
16:00. Bolqarıstan - Azərbaycan
18 mart
13:00. Azərbaycan – Malta
13:00. Lüksemburq - Bolqarıstan