RU

Azərbaycan və Qazaxıstanın ali təhsil imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Martın 4-də ADA Universitetində Azərbaycan və Qazaxıstanarasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş“dəyirmi masa” təşkil edilib.

Trend xəbər verir ki, “Dəyirmi masa”da ölkəmizdə səfərdə olanQazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbekvə qabaqcıl universitetlərin rəhbər heyəti ilə AzərbaycanRespublikasının elm və təhsil naziri Emin Əmrullayev və yerliaparıcı ali təhsil müəssisələrinin rəhbər heyəti iştirak edib.

“Dəyirmi masa”da açılış nitqi ilə çıxış edən ADA Universitetininrektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayıb, səfərinhər iki ölkənin ali təhsil müəssisələri arasında artan inkişafaverəcəyi töhfənin əhəmiyyətini vurğulayıb.

Daha sonra Qazaxıstan Respublikasının elm və ali təhsil naziriSayasat Nurbek, Azərbaycan Respublikasının elm və təhsil naziriEmin Əmrullayev çıxış edib.

“Dəyirmi masa” çərçivəsində ADA Universitetinin prorektoru,millət vəkili Fariz İsmayılzadənin moderatorluğu ilə “Azərbaycan vəQazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusundapanel müzakirəsi keçirilib.

Panel müzakirəsində ölkələr arasında qarşılıqlı ikili diplomproqramlarının effektiv tətbiqi, innovasiya, elmi tədqiqat vəqarşılıqlı mübadilə proqramlarının genişləndirilməsi mövzularındafikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra hər iki ölkənin universitetləri arasındaqarşılıqlı anlaşma memorandumlarının imzalanma mərasimi baştutub.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
25
1
az.trend.az

2Источники