RU

İran Prezidenti ABŞ-la dialoq istəyib...

İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ətrafında ABŞ-la dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.

 

Bu barədə İRNA məlumat yayıb.

 

“Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ ilə danışıqlar aparmayacağıq”, - Pezeşkian deyib.

 

İran Prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.


Yeri gəlmişkən, Xamenei bu arada ABŞ-Ukrayna gərginliyinə münasibət bildirmişdi. O, "X" sosial şəbəkə hesabında Ukrayananın düşdüyü vəziyyətə toxunaraq yazmışdı: "Ukrayna ilə bağlı ilk dərs ondan ibarətdir ki, Qərb dövlətlərinin onların marionetkası olan ölkələrə və hökumətlərə dəstəyi ilğımdır. Bunu bütün dövlətlər bilməlidirlər.


Amerika və Avropanı dəstəkləyən hökumətlər bu gün Ukraynadakı vəziyyəti görməlidirlər!".

Избранный
27
senzor.az

1Источники