RU

Kobaxidze Özbəkistana səfər edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistana səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Kobaxidze Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Baş nazir Abdulla Aripov, həmçinin parlamentin Nümayəndələr Palatasının spikeri və Senatın sədri ilə görüşlər keçirəcək.

Məlumata görə, Daşkənddə iki ölkə hökumət nümayəndələrinin iştirakı ilə Gürcüstan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclası baş tutacaq.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
39
missiya.az

1Источники