RU

Bella Hadid: Ramazan ayınız mübarək!

Fələstin əsilli amerikalı model Bella Hadid sosial media hesabında Ramazan ayı ilə bağlı paylaşım edib. 

Sherg.az xəbər verir ki, Hollandiyalı Yolanda Hadidin və fələstinli Məhəmməd Hadidin qızı, məşhur amerikalı model Bella Hadid sosial şəbəkələrdəki paylaşımları ilə adından söz etdirməyə davam edir. Daha əvvəl Fələstin və Əfqanıstanla bağlı çoxlu paylaşımlar edən Bella Hadid bu dəfə müsəlmanların Ramazan ayını qeyd edib.


 
Bella Hadid öz paylaşımında bunları yazıb: "Bütün müsəlman dostlarımın, ictimaiyyətin və sevdiklərimin Ramazan ayı mübarək olsun. Bu müqəddəs ayda sizə cansağlığı, firavanlıq, xoşbəxtlik, güc və sevinc arzulayıram".



Избранный
52
sherg.az

1Источники