RU

Azərbaycan boks millisi Gürcüstan yığması ilə hazırlığa başlayıb

Bakı, 4 mart, AZƏRTAC

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışına başlayıb.

Gürcüstan yığması ilə keçirilən hazırlıqda Azərbaycanın 22 boksçusu iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və millimiz ertəsi gün Bakıya qayıdacaq.

Избранный
37
2
azertag.az

3Источники