RU

ABŞ Rusiya ilə Ukrayna üçün sülh müqaviləsi hazırlayır

ABŞ Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə sülh sazişinin detalları üzərində işləyir.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens "Fox News"-a müsahibəsində deyib .

“Həqiqətən vacib olan təfərrüat var ki, biz onların üzərində artıq ruslarla işləyirik”, - deyə siyasətçi vurğulayıb.

Vens Vladimir Zelenski ilə Donald Tramp arasında mübahisədən sonra Ukraynadakı münaqişənin həlli perspektivlərini şərh edib.

Onun sözlərinə görə, Vaşinqton Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağa çalışır, lakin Ukrayna rəhbərliyi güzəştə gedə bilmədiyini nümayiş etdirib.

Избранный
27
publika.az

1Источники