RU

Evində modem olanların nəzərinə – Bunu etsəniz…

Biləsuvar rayonunda internet modeminin alışması nəticəsində evdə yanğının baş verməsi təhlükəsizlik məsələlərini gündəmə gətirib. Nəzərə alsaq ki, bu gün hər kəs bu cihazdan istifadə edir, deməli, müəyyən risklər var.

Vətəndaşlar bu kimi hallarda nələrə diqqət etməlidir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, təkcə müəssisə, iş yerləri, idarələrdə deyil, evlərdə də yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir:

“Söhbət yalnız modemdən getmir. Bütün elektriklə çalışan cihazlarla bağlı diqqətli olmalıyıq. Modemlə yanaşı, məişət avadanlıqlarının da istismarı mütləq təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilməlidir. Təbii ki, cihazın nəzarətsiz qalması, davamlı olaraq cərəyandan ayrılmaması, nasazlığın baş verməsi, düzgün izolasiyanın aparılmaması, modemin zədələnmiş olması faciəvi hallara yola açar. Yəni qeyd etdiyim faktlar qızma, qısaqapanma, qığılcım və nəticədə yanğına səbəb olan amillərdir”.

Ekspert bildirib ki, istifadə olunmayan cihazlar cərəyandan ayrılmalıdır:

“Yaşayış yerini tərk edən zaman mütləq buna riayət etməliyik. Bəzən insanlar buna fikir vermirlər, modem və ya digər məişət cihazları uzun müddət cərəyanda qalır. Bu isə ciddi riskdir və yanğını qaçılmaz edir”.

Günay Rəsulqızı

Mənbə: globalinfo.az

Избранный
40
globalinfo.az

1Источники