RU

Şəmkirdə heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib

Şəmkirdə "Heyvandarlıq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivləri" mövzusunda sahibkarlarla görüş keçirilib.

FED.az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), kənd təsərrüfatı sahəsində xidmət göstərən müvafiq dövlət qurumlarının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Sığorta Fondunun, rayon ərazisində fəaliyyət göstərən bankların məsul şəxslərinin və heyvandarlıqla məşğul olan fermerlərin iştirakı ilə baş tutan görüşdə fermerlərin qarşılaşdıqları problemlər dinlənilib və həlli üçün müzakirələr aparılıb.

Bankların və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri heyvandarlığın inkişafı istiqamətində verilən güzəştli kreditlərlə bağlı fermerləri məlumatlandırıblar.

Aqrar Sığorta Fondunun nümayəndəsi heyvanların sığortalanmasının önəmi, bu istiqamətdə dövlət dəstəyi mexanizmləri və güzəştlər haqqında çıxış edib.

Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin çıxışı zamanı ölkə ərazisində heyvanların identifikasiyası (birkalanması) haqqında məlumat verilib, bu prosesin sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən fermerlərin sualları cavablandırılıb. (Azərtac)

ŞəmkirdəŞəmkirdəŞəmkirdəŞəmkirdə
Избранный
32
fed.az

1Источники