RU

İran rəsmiləri ilə mütəmadi görüşlər keçiririk - Türkiyə XİN

BAKI, TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İranla ikitərəfli münasibətlər və son dövrlərdə artan tənqidlər fonunda mühüm açıqlamalar verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Keçeli bu gün İran səfirliyinin müvəqqəti işlər vəkilinin nazirliyə dəvət edildiyini və görüş zamanı bir sıra mühüm məsələlərin müzakirə edildiyini bildirib.

"Biz mütəmadi olaraq İran rəsmiləri ilə görüşür, fikir mübadiləsi aparırıq.Bu gün İran səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyimizə dəvət etdik. Görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub." - deyə açıqlama verib.

Keçeli son vaxtlar bəzi İran rəsmilərinin Türkiyəyə qarşı açıq tənqidlərini gündəmə gətirdiklərini və bu mövzu ilə bağlı İran tərəfinə xüsusi bir dosye təqdim etdiklərini vurğulayıb.

"Son vaxtlar İran rəsmilərinin Türkiyəni daha açıq şəkildə tənqid etdiklərini görürük. Biz artıq bu məsələ ilə bağlı hazırladığımız faylı İran tərəfinə göndərmişik." - deyə o bildirib.

Xarici siyasət məsələlərinin daxili siyasət üçün material kimi istifadə edilməməli olduğunu vurğulayan Keçeli, "Bu kontekstdə biz başqa bir ölkəyə yönəlmiş tənqidləri birbaşa ünvanına çatdırmağa üstünlük veririk. Bu gün də eyni yanaşmanı nümayiş etdirdik." - deyə bildirib.

Keçeli vurğulayıb ki, Türkiyə İranla münasibətlərə xüsusi əhəmiyyət verir və əlaqələrin gücləndirilməsini prioritet hesab edir.

Избранный
37
turkic.world

1Источники