RU

Azərbaycanda kimlər silah gəzdirə bilər?

Azərbaycanda silah gəzdirmək və istifadə etmək müəyyən qaydalara və məhdudiyyətlərə tabedir. Ümumiyyətlə, silah gəzdirməyə icazə verilməsi ilə bağlı qanunvericilik Azərbaycan Respublikasının “Xidməti və mülki silah haqqında” qanunu ilə tənzimlənir. 

Bu fikirləri Modern.az-a hüquqşünas Toğrul Məmmədov söyləyib. 

O qeyd edib ki, silah gəzdirmək üçün əsasən müəyyən qrup şəxslərə icazə verilə bilər. Dövlət orqanlarının əməkdaşları, bura aid edilir ki, onlara da, hüquq-mühafizə orqanları, hərbçilər və digər dövlət orqanlarında işləyən şəxslər aiddir. 

Ekspert qeyd edib ki, bu icazə yalnız müəyyən şəxslərə, məsələn, ovçuluq məqsədilə silah əldə etmək üçün uyğun olanlara verilə bilər. Azərbaycanda fiziki şəxslərə silah gəzdirmək icazəsi verilməsi üçün müəyyən şərtlər və prosedurlar mövcuddur. 

Toğrul Məmmədov bildirib ki, fiziki şəxslər, silah icazəsi əldə etmək üçün müvafiq orqanlara, yəni Daxili İşlər Nazirliyinin (DİN) və ya yerli polis idarələrinə müraciət etməlidirlər. Silah icazəsi almaq istəyən şəxsin ən azı 21 yaşında olması tələb olunur.Namizəd sağlamlıq vəziyyətini təsdiq edən həkim arayışı təqdim etməli və şəxsin psixi sağlamlığı və narkotik maddələrə asılılıq kimi məsələlər də yoxlanılmalıdır. Həmçinin, şəxsin sosial davranışları, hüquq pozuntuları və ictimai təhlükəsizlik baxımından riskli olub-olmadığı araşdırılır.

Qanunla müvafiq icazə olmadan silah gəzdirmək və ya istifadə etmək ciddi cinayət sayılır və buna görə cəzalar tətbiq oluna bilər. ‎Silahı könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Zərif Sofiyeva

Избранный
21
modern.az

1Источники