RU

“Məhəmməd peyğəmbərin həyatı” kitabı Azərbaycan dilində

“Məhəmməd peyğəmbərin həyatı” kitabı ilk dəfə Azərbaycan dilində təqdim olunub

Bakıda İslam dünyasının ən mühüm əsərlərindən sayılan Əbdülməlik ibn Hişamın “Əs-Sirə ən-Nəbəviyyə” (Məhəmməd Peyğəmbərin həyatı) kitabının ərəb dilindən Azərbaycan dilinə ilk tərcüməsinin təqdimat mərasimi keçirilib.

Əsər Məhəmməd peyğəmbərin həyatı, yaradıcılığı və irsindən bəhs edir.

Kitab BDU-nun şərqşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri, filologiya elmləri doktoru Vüqar Qaradağlının elmi rəhbərliyi ilə tərcümə olunub. Tərcümə üzərində filologiya üzrə fəlsəfə doktoru, BDU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının dosenti Qeybət Qeybətov və həmin kafedranın müəllimi Mais Ağaverdiyev çalışıblar.

Избранный
35
anspress.com

1Источники